19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərSiyasət

Avropa regionu üzrə dövlət naziri Leo Dokerti spikeri qəbul edib

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Kralı III Çarlzın tacqoyma mərasimində iştirak edib.

Bugun.tv xəbər verir ki, mərasimdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə görüşüb.

Dövlət naziri Leo Dokerti spiker Sahibə Qafarovanı salamlayaraq, tacqoyma mərasimində iştiraka görə təşəkkürünü bildirib. O, Birləşmiş Krallıqla Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək, ölkəmizin Avropanın enerji təchizahçısı kimi rolunun günbəgün artdığını, onun mühüm ticarət və enerji tərəfdaşı olduğunu qeyd edib.

Dövlət naziri Azərbaycanın regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırıb və cari ilin fevral ayında Bakıya səfərini məmnunluqla xatırlayıb.

Nazir səfər zamanı Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd edib və Azərbaycan Milli Məclisinin fəaliyyəti ilə maraqlanıb.

Spiker Sahibə Qafarova öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O, Azərbaycan və Birləşmiş Krallıq arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərdən söz açaraq siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dinamik inkişafını qeyd edib.

Sahibə Qafarova Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin, parlamentlərimiz arasında əlaqələrin hazırkı inkişaf səviyyəsinin razılıq doğurduğunu qeyd edib.

Eyni zamanda Spiker görüşdə hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Mənbə: Milli Məclis

Aynur Camal

Oxşar xəbərlər

Xankəndi şəhərində qəsdən yanğınlar törədilir

Bugün TV

Çanaqqalanın Umurbey qəsəbəsi güclü yağış səbəbindən su altında qaldı

İntizar Əmirova

İsveçin Əfqanıstandakı fəaliyyəti dayandırıldı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu