33 C
Baku
20 İyul 2025, 19:56
Baş xəbərDünya

Avropa Şurası Türkiyədə zəlzələdən zərərçəkənlər üçün sərgi təşkil edib

Avropa Şurasında Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş Assambleyasının 44-cü iclası keçirilib. Yığıncaqda Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirənlər bir dəqiqəlik sükutla yad edilb.

Sonra Konqres administrasiyası Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dəstəyi ilə fəlakət qurbanlarına kömək məqsədli həmrəylik bazarı təşkil olunub.  “Türkiyə ilə həmrəylik” adı altında keçirilən yarmarkanın açılışında Avropa Şurasının Türkiyə Yerli və Regional Hakimiyyətlər nümayəndəliyinin rəhbəri, Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Tahir Büyükakın, Konqres sədri Leendert Verbeek, Avropa Şurasının yerli və regional hakimiyyət orqanları, AŞPA-nın prezidenti Tini Koks çıxış ediblər.

T.Büyükakın həmrəylik tədbirinə görə təşəkkür edib, bir aya yaxın fəlakət bölgəsində qaldığını və dünyanın hər yerindən gələn yardımı gördüyünü bildirib. “Fəlakətin böyüklüyünə baxmayaraq, çox tez sağalmağa başladıq”,- deyib. L.Verbeek Türkiyənin konqresdəki nümayəndə heyətinə təşəkkür edib və qonaqları satış sərgisinə dəvət edib.

T.Koks Türkiyə və Suriyada baş verən zəlzələlərin görüntülərini izləyərkən hiss etdiyi ağrıları ifadə etmək üçün sözlərin yetərli olmadığını bildirib. AŞPA-nın bu çətin dövrdə Türkiyənin yanında olmaq üçün əlindən gələni edəcəyini vurğulayıb.

Sonra qonaqlar satış sərgisinə qatılıb. Bununla yanaşı Azərbaycan milli nümayəndəliyinin Novruz bayramı münasibətilə zəlzələdən zərərçəkənlər üçün təşkil etdiyi daha bir yarmarkaya da baş çəkiblər.

 

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Möhsün Sənani – kinomuzun korifey sənətkarı

Aynur Camal

Naməlum şəxs spirtli içkiləri sındırdı

Nigar Məmmədova

Aİ Gürcüstanı araşdırmaya çağırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu