Baş xəbərDünya

“Avropa Ukraynaya görə parçalana bilər”

İtaliyanın baş naziri Giorgia Meloni Ukrayna ilə bağlı qitənin bölünə biləcəyinə işarə edərək, “Qərbin bölünməsi riskindən qaçmağımız çox vacibdir. İnanıram ki, Britaniya və İtaliya körpülərin qurulmasında mühüm rol oynaya bilər” dedi.

İtaliyanın baş naziri Giorgia Meloni bazar günü Böyük Britaniyanın baş naziri Keir Starmerin ev sahibliyi etdiyi maraqla gözlənilən müdafiə sammitində iştirak etmək üçün Downing Street-ə gəlib.

Britaniya mətbuatına açıqlama verən Meloni bu anın “qiymətli” olduğunu bildirib və belə çətin anlarda beynəlxalq dialoq və koordinasiyanın vacibliyini vurğulayıb.

Rusiya ilə Ukrayna arasında gedən müharibə şəraitində Ukraynada “ədalətli və davamlı sülh”ə nail olmaq üçün ümumi əzmin olduğunu vurğulayan Tramp, Qərbin Ukraynanı dəstəkləmək və parçalanmanın qarşısını almaq üçün səylərini birləşdirməli olduğunu vurğulayıb”.

“Biz hamımız Ukraynada ədalətli və davamlı sülhə çalışırıq, hamımız bu məqsədə çox sadiqik”, – Meloni bildirib.

“Qərbin parçalanması riskindən qaçmağımız çox vacibdir. İnanıram ki, Britaniya və İtaliya körpülərin qurulmasında mühüm rol oynaya bilər”, – Meloni deyib.

Starmer İtaliya lideri ilə görüş fürsətini də “gözəl” adlandırıb və hər iki ölkənin qlobal məsələlərə oxşar zehniyyətlə yanaşdığını bildirib.

İtaliyanın əhəmiyyətli bir borc yükü ilə mübarizə apardığı bir vaxtda Meloni hökuməti müdafiə xərclərinin 2027-ci ilə qədər ölkənin ÜDM-nin 1,61%-nə çatacağını proqnozlaşdırır.

Lakin bu rəqəm NATO-nun hazırkı hədəfi olan 2 faizdən aşağı olaraq qalır. ABŞ prezidenti Donald Tramp dəfələrlə bu nisbətin 5 faizə qaldırılmasının tərəfdarı olub.

Buna baxmayaraq, Meloni Tramp administrasiyası ilə möhkəm əlaqələr saxladı və özünü Avropa ilə ABŞ arasında, xüsusən də müdafiə məsələlərində potensial körpü kimi yerləşdirdi.

Meloni həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyenin müdafiə xərclərini Aİ büdcə limitlərindən çıxarmaq təklifini dəstəkləyib. Bildirilir ki, bu addım İtaliyaya maliyyə öhdəliklərində daha çox çeviklik təmin edə bilər.

Starmer isə 2027-ci ilin aprel ayına qədər İngiltərənin müdafiə xərclərini ÜDM-in 2,3 faizindən 2,5 faizə çatdırmağı öhdəsinə götürüb.

Böyük Britaniyanın baş nazirinin sammitdən istifadə edərək digər Avropa ölkələrini müdafiə büdcələrini artırmağa çağıracağı gözlənilir.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağış nəticəsində istinad divarı uçdu

Teymur Əziz

Yunanıstanda meşə yanğınında 18 miqrant öldü

Teymur Əziz

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qarabağ”-“Qalatasaray” matçını stadiondan izləyirlər

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu