Dünya

Avropada rahatlıq: Tramp Qrenlandiya ilə bağlı tarif hədəsini geri götürdü

Bugun.tv- xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mümkün ticarət tarifləri tətbiq edəcəyi ilə bağlı açıqlamalarından geri çəkilməsi Avropa ölkələrində müsbət qarşılanıb. Avropa İttifaqı rəsmiləri bu addımı ABŞ–Avropa münasibətlərində yaranmış gərginliyin azalması baxımından vacib addım kimi qiymətləndiriblər.

Məlumata görə, məsələ Davos Dünya İqtisadi Forumu ərəfəsində geniş müzakirə olunurdu və tariflərin tətbiqi transatlantik iqtisadi əlaqələrə ciddi zərbə vura bilərdi. Analitiklər bildirirlər ki, Tramp administrasiyasının bu qərarı Avropa ilə mümkün ticarət qarşıdurmasının qarşısını alıb və tərəflər arasında dialoqun bərpasına şərait yarada bilər.

Mənbə: WBOC

Aynur Camal

Oxşar xəbərlər

Avstraliyada “Katy Perry” adı ilə bağlı məhkəmə: dizayner pop ulduzuna qarşı qalib gəldi

Aynur Camal

Qlazqoda güclü yanğın: tarixi bina qismən uçdu, dəmir yolu stansiyası bağlandı

Aynur Camal

İran Hörmüz boğazında gəmilərə hücum edir: qlobal neft marşrutu təhlükə altındadır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu