18 C
Baku
16 Oktyabr 2025, 10:49
DünyaSiyasət

Avropada yeni sərhəd nəzarəti sistemi: Oktyabrın 12-də qüvvəyə minir

Aİ-yə daxil olmayan ölkələrdən SCHENGEN zonasına gələn ziyarətçilərin giriş-çıxışını rəqəmsal şəkildə qeydə alacaq Elektron Giriş-Çıxış Sistemi oktyabrın 12-dən tətbiq olunacaq.

Avropa İttifaqı (Aİ) Komissiyasının…

Avropa İttifaqı (Aİ) Komissiyası, Elektron Giriş-Çıxış Sisteminin (EES) oktyabrın 12-dən başlayaraq altı ay ərzində mərhələli şəkildə tətbiq ediləcəyini açıqladı.

Komissiya altı aydan sonra Elektron Giriş-Çıxış Sisteminin bütün sərhəd-keçid məntəqələrində tam şəkildə işləyəcəyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, EES sərhəd rəsmilərinin, nəqliyyat sektorunun və sərnişinlərin yeni prosedurlara uyğunlaşmasına imkan yaratmaq üçün mərhələli şəkildə həyata keçiriləcək. Bildirilib ki, “Oktyabr ayında EES-in tətbiqi ilə Aİ daha təhlükəsiz və effektiv sərhəd idarəetmə sisteminin yaradılması istiqamətində mühüm irəliləyiş əldə edir”.

YENİ SİSTEMİN MƏQSƏDİ NƏDİR?

EES qısamüddətli səfərlər üçün Aİ üzv dövlətinə səfər edən Aİ üzvü olmayan vətəndaşların giriş və çıxış məlumatlarını, pasport məlumatlarını, barmaq izlərini və üz təsvirlərini rəqəmsal şəkildə qeyd edəcək.

Bildirilib ki, bu yeni sistem Şengen zonasına qeyri-qanuni girişlərə nəzarət etmək və onlarla mübarizə aparmaq məqsədi daşıyır.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədə qurulacaq sülh masası dünyanın gündəmindədir

Aynur Camal

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 236 nəfərə çatdı

Aynur Camal

Ermənistanın Türkiyəyə qarşı hərəkəti!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu