7 C
Baku
4 Dekabr 2024, 12:26
Dünya

Avropada zəhər yayan, 253 min ölüm

 Avropanın sənaye nəhəngləri zəhər yayırlar.

Aprel ayında havanın çirklənməsini ÜST-nin müvafiq səviyyələrinə endirmək üçün qəbul edilmiş qərarlara baxmayaraq, vəziyyət olduqca acınacaqlıdır. Təkcə son 3 ildə AB-də 253 min insan hava çirkliliyi ilə əlaqəli səbəblər üzündən həyatını itirərkən, ortaq hava keyfiyyəti sistemi son çarə olaraq görülür.

Avropada havanın çirklənməsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi səviyyədən yuxarı qalsa da, beynəlxalq təşkilatlar problemin həlli yollarını axtarır. Avropa Ətraf Mühit Agentliyinin məlumatlarına görə, əgər 2021-ci ildən ÜST-nin tövsiyələrinə əməl edilsəydi, AB daxilində 253 min ölümün qarşısı alına bilərdi.

Havanın çirklənməsinə məruz qalan avropalıların ağciyər xərçəngi, ürək xəstəlikləri, astma və şəkərli diabet kimi xəstəliklərdən öldüyü statistikada da öz əksini tapıb.

Aİ-nin iqlim və ətraf mühit təşkilatı Kopernik tərəfindən dərc edilən son hesabata görə, Avropa İttifaqı dünyanın ən iddialı hava keyfiyyəti qaydalarından birini həyata keçirmək yolundadır.

“Ətraf mühitin havasının keyfiyyətinə dair direktivlər” adı altında üzv dövlətlər ciddi monitorinq və qiymətləndirmə standartları təyin etməyə hazırlaşır. Yeni direktivlərin çərçivəsini Aİ Kosmik Proqramının Yerin müşahidəsi komponenti olan Kopernik və xüsusilə Kopernik Atmosfer Monitorinq Xidməti müəyyən edir.

Havanın çirklənməsi bütün Avropada ürək-damar və tənəffüs xəstəliklərinə səbəb olur.  Hesabatlar göstərir ki, Aİ-nin şəhər əhalisinin 96 faizi  hissəciklərə məruz qalır.

Yenidən işlənmiş Avropa Ətraf Havanın Keyfiyyəti Direktivləri (AAQD) Avropa Parlamentinin 24 aprel 2024-cü il tarixində keçirilmiş Aİ iclasında qəbul edilmişdir. Daha sonra AB Şurası ilə sözügedən qurumlar arasında imzalanan razılaşmanın həm Avropa Parlamenti tərəfindən qəbul edildikdən sonra həm də AB-nin Rəsmi Jurnalında dərc edildiyi bildirilib. Aİ-yə üzv ölkələrin indi direktivləri öz milli qanunlarına köçürmək üçün iki il vaxtı var.

Bu çərçivədə, Avropa Ətraf Mühit Agentliyi Avropa vətəndaşlarının Hava Keyfiyyəti İndeksinin hava keyfiyyəti məlumatlarını yoxlaya bilməsi üçün bir tətbiq işə salıb. Tətbiqin son versiyasına Avropa üzrə hava keyfiyyətinin modelləşdirilməsi, eləcə də Avropadakı 3500-dən çox hava keyfiyyətinin monitorinqi stansiyalarından saatlıq yenilənən məlumatlar daxildir. İstifadəçilər Avropanın istənilən yerində havanın keyfiyyətini yoxlaya bilərlər. Proqram 24 Avropa dilində mövcuddur.

Keçən ay edilən ölçmələrə görə, hava çirkliliyi Rumıniyada 128, İspaniyada 101, İtaliya və Polşada 84, İsveçdə 73, Fransa və Bolqarıstanda 66, Yunanıstan və Cənubi Kipr Rum İdarəsi və Maltada 63 olub kubmetr üçün 57 mikroqram, Çexiyada 56, Xorvatiya və Norveçdə 54 və Belçikada 55 mikroqram kubmetr olaraq ölçülüb.

Türkiyə hava keyfiyyəti limit dəyərləri üçün isə Avropa İttifaqının limit dəyərlərini hədəfləsə də, tədricən bu hədəf dəyərlərə çatmağı planlaşdırır. Sözügedən plana görə, Türkiyə 2024-cü ildə azot dioksid limit dəyərlərinə çatacaq və bu tarixdən etibarən bütün çirkləndirici parametrlər üçün Aİ qanunvericiliyini tətbiq edəcək.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Türkiyə Rusiyadakı hücumu pisləyir

Elnarə Dərziyeva

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

İntizar Əmirova

Meşədə yanğın baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu