Siyasət

Avropalı diplomatlar müdafiə xərclərini artırmağa çağırırlar

Bugun.tv xəbər verir ki, “The Daily Telegraph” NATO üzvü olan ölkələrin diplomatlarına istinadən yazıb. ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ağ Evə mümkün qayıdışını nəzərə alaraq Avropa ölkələri müdafiə xərclərini artırmalıdır.

Avropa Trampın bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Vaşinqtonun NATO təsisatlarının fəaliyyətində iştirakını azaltmağa hazır olmalıdır. Qəzet yazır ki, avropalı diplomatlar hətta ABŞ-ın Şimali Atlantika alyansından çıxması ilə bağlı planlar hazırlamağa çağırıblar.

Rəsmilərin fikrincə, Avropa müdafiə sahəsində ABŞ-dan həddindən artıq asılılığına yenidən baxmalı olacaq.

Müxbir Qaytən Qasımzadə

Mənbə tass

Bugün TV

Oxşar xəbərlər

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

“Prezident İlham Əliyev bütün dünyada sülhün, təhlükəsizliyin və zəfərin canlı simvoludur”

Aynur Camal

Deputat Vüqar Bayramov: Sülh müqaviləsindən sonra Azərbaycan-Ermənistan arasında 300 milyon dollarlıq ticarət dövriyyəsi mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu