10 C
Baku
13 Aprel 2026, 21:16
Baş xəbərDünya

Avropalı liderlər Ukrayna müharibəsinə dair danışıqlarda Rusiyaya qarşı beş şərt irəli sürdülər

Bugun.tv xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakirələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib. Berlində Ukrayna Prezidentini Almaniya Kansleri Fridrix Merts qarşılayıb. Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər. Yerli mediada yer alan xəbərlərə görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər. Bu şərtlər növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması, danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin təmin olunması, ərazi məsələləri üzrə müzakirələrin yalnız mövcud “təmas xətti” əsasında aparılması, Rusiya tərəfindən həyata keçirilmiş hər hansı hərbi ilhaqın beynəlxalq-hüquqi baxımdan tanınmaması, Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməsi və Qərbin uzunmüddətli hərbi yardımının təmin olunması, eləcə də bütün prosesin Trans-Atlantik çərçivədə vahid strategiyanın tərkib hissəsi olması, irəliləyiş əldə edilmədiyi halda Rusiyaya qarşı təzyiqlərin artırılmasından ibarətdir.

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu