Dünya

Avstraliya Kanada ilə tarixinin ən böyük müdafiə ixracı müqaviləsini imzalandı

Avstraliya Kanada ilə 2,5 milyard Avstraliya dolları dəyərində “ufuqdan kənar radar sistemi” satışı üzrə müqavilə imzalayıb.

Bugun.tv – xəbər verir ki, bu razılaşma ölkə tarixində ən böyük müdafiə ixracı kimi qeydə alınıb.

Avstraliya Müdafiə naziri Riçard Marles bildirib ki, Kanada ilə imzalanan müqavilə çərçivəsində uzaq məsafədən müşahidə qabiliyyətinə malik radar sistemi Kanadaya ixrac ediləcək.

Nazirin sözlərinə görə, bu razılaşma Avstraliyada təxminən 1000 birbaşa və dolayı iş yerinin yaranmasına və ya qorunmasına töhfə verəcək.

Marles həmçinin qeyd edib ki, sövdələşmə yalnız iqtisadi baxımdan deyil, eyni zamanda Avstraliya ilə Kanada arasında strateji müdafiə əməkdaşlığının güclənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu addım Kanberra və Ottavanı müdafiə sənayesi sahəsində daha yaxın tərəfdaşlara çevirir.

Məlumata əsasən, bu, Avstraliyanın radar texnologiyasının xaricə ilk ixracı kimi də tarixə düşüb. Radar sisteminin Kanadanın Arktika bölgəsində müşahidə məqsədilə istifadə olunması planlaşdırılır.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Son 24 saatda 1440 Ukrayna hərbçisi zərərsizləşdirildi

Aynur Camal

Qaz emalı zavodunda partlayış: 13 nəfər ölüb, 66 nəfər yaralanıb

Aynur Camal

İsrail yaxın dostu Yunanistan’la da tərs düşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu