Baş xəbərDünya

Avstraliya polisi ölkədən yüzlərlə kərtənkələnin çıxarılmasının qarşısını aldı

Avstraliyanın hüquq-mühafizə orqanları yüzlərlə kərtənkələni qanunsuz olaraq Honkonqa aparmağa cəhd göstərən cinayətkar qruplaşmanı zərərsizləşdirib.

Bugun.tv BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, Yeni Cənubi Uels polisinin məlumatına görə, sürünənlərin bazar qiyməti 805 min dollar həcmində qiymətləndirilir. Müsadirə edilən 257 kərtənkələ və 3 ilan müalicə olunaraq vəhşi təbiətə buraxılıb.

Əməliyyat zamanı saxlanılan şübhəlilər qaçaqmalçılıq və cinayətkar qruplaşmada iştirak kimi cinayətlərdə ittiham edilir. Günahları sübuta yetirilərsə, onları 15 ilədək həbs cəzası gözləyir.

Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatına görə Honkonq son illər ekzotik heyvanların beynəlxalq ticarət mərkəzinə çevrilib.

Bugün TV

Oxşar xəbərlər

Çində yeni problem: süni intellektlə hazırlanmış saxta fəlakət videoları yayılır

Aynur Camal

ABŞ yüzlərlə Boeing 737 MAX təyyarəsinin yoxlanılmasını tələb edir

Aynur Camal

İran: Müharibə cinayətlərini sonadək hüquqi müstəvidə izləyəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu