22 C
Baku
11 Oktyabr 2025, 19:59
Siyasət

Avstraliya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar elan edən Avstraliya Xarici İşlər Nazirliyi qiymət tavanının bir barel üçün 60 dollardan 48,60 dollara endirildiyini açıqlayıb.

Ukrayna müharibəsi davam edərkən Rusiya müxtəlif yollarla təzyiq altında qalmağa davam edir. Avstraliya Rusiyanın neft gəlirlərini məhdudlaşdırmaq üçün yeni sanksiyalar elan edib.

Həmçinin Rusiyanın daha 95 “kölgə donanması” gəmisinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, qiymət tavanının aşağı salınması Rusiya xam neftinin bazar dəyərini aşağı salacaq və Moskvanın müharibə iqtisadiyyatını neft gəlirlərindən məhrum edəcək.

BİRGƏ QƏRAR VERİLİR

Bildirilib ki, tədbirlər Avropa İttifaqı (Aİ), Böyük Britaniya, Kanada, Yeni Zelandiya və Yaponiya ilə koordinasiya əsasında həyata keçirilib.

Həmçinin qeyd olunub ki, Avstraliya Rusiyadan neft və emal olunmuş neft idxalına qadağasını davam etdirir.

Xarici İşlər Nazirliyi, 2025-ci ilin iyun ayından etibarən geridə qalan 150-dən çox donanma gəmisinə sanksiya tətbiq edildiyini və bu gəmilərin beynəlxalq sanksiyalardan yayınmaq üçün bayraqların dəyişdirilməsi, izləmə sistemlərini sıradan çıxarması və qeyri-adekvat sığorta kimi üsullardan istifadə etdiyini bildirib.

Bu təcrübələrin ətraf mühit və dəniz təhlükəsizliyi üçün ciddi risklər yaratdığı qeyd edilib.

Bəyanatda vurğulanır ki, Avstraliya Ukraynaya dəstəyini davam etdirəcək və koordinasiyalı addımlar Rusiyanın işğalını maliyyələşdirmək imkanlarını zəiflətməyə davam edəcək.

Bəyanatın davamı olaraq, “Rusiyaya bu müharibəni dərhal dayandırmağa və Ukrayna torpaqlarından çəkilməyə çağırışımızı təkrar edirik. Ukrayna üçün hərtərəfli, ədalətli və qalıcı sülh üçün dəstəyimizdən əl çəkməyəcəyik.”

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Nüvə müharibəsi heç vaxt olmamalıdır

Bugün TV

Medvedev: “Rusiya nüvə üstünlüyünə malikdir”

Nigar Məmmədova

“Ukrayna müharibəsi dünyada sülhün nə qədər zəif bir tellər üzərində olduğunun göstəricisidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu