Avstraliya və İndoneziya yanvar ayında tarixi əhəmiyyətli bir təhlükəsizlik müqaviləsi imzalamağı planlaşdırır. Bu barədə razılaşma İndoneziya prezidenti Prabowo Subianto-nun Avstraliyaya dövlət səfəri zamanı açıqlanıb. Anthony Albanese və Prabowo məktub imzalayaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın dərinləşdiriləcəyini bəyan ediblər.
Müqavilə, 2024-cü ildə imzalanmış Müdafiə Əməkdaşlığı Razılaşmasına əsaslanır və Avstraliya-İndoneziya münasibətlərində yeni mərhələ sayılır. Bu sənəd müştərək təhlükə qiymətləndirmələrini, yüksək səviyyəli məsləhətləşmələri və regional sabitlik üçün koordinasiyanı nəzərdə tutur.
İndoneziya uzun illər boyunca neytral xarici siyasət yürüdüb, lakin bu müqavilə onun Avstraliya ilə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa gedəcəvini göstərir Ekenertlar bu İndoneziya uzun illər boyunca neytral xarici siyasət yürüdüb, lakin bu müqavilə onun Avstraliya ilə müdafiə və təhlükəsizlik sahəsində daha sıx əməkdaşlığa gedəcəyini göstərir. Ekspertlər bu addımı regiondakı Çin və Rusiya təsirinə qarşı tarazlıq yaratmaq cəhdi kimi qiymətləndirirlər.
Mənbə: The Australian
