Avstraliyanın aborigen lideri Qalarrvuy Yunupinqu vəfat edib.
Bugun.tv xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.
Elə bu səbəbdən də ölkə 74 yaşında vəfat edən Yunupinqu üçün yas saxlayır.
Qeyd edək ki, aborigen lider onilliklər boyu yerli və Torres Boğazı adalarında yaşayan insanların konstitusiya tərəfindən tanınması üçün mübarizə aparıb.
