Sydney şəhərindən olan modelyer Katie Perry (evlilik soyadı Katie Taylor) uzun illər davam edən məhkəmə çəkişməsində məşhur pop ulduzu Katy Perry üzərində qələbə qazanıb.
High Court of Australia çərşənbə günü qərar verib ki, dizayner öz adı ilə – “Katie Perry” markası altında geyim satmaq hüququna malikdir və bu, ticarət nişanı qanunlarını pozmur.
Məlumata görə, Sidneyli dizayner 2007-ci ildə “Katie Perry” adlı geyim brendini yaradıb. Lakin 2009-cu ildə məşhur amerikalı müğənninin vəkilləri ona məktub göndərərək həmin ad altında satışları dayandırmağı və reklam materiallarını geri çəkməyi tələb ediblər.
Müğənni Katy Perry – əsl adı Katheryn Elizabeth Hudson – 2008-ci ildə “I Kissed a Girl” və “Hot N Cold” mahnıları ilə dünya miqyasında məşhurlaşdıqdan sonra bu məsələ daha da aktuallaşıb.
Tərəflər uzun müddət razılığa gəlməyə çalışsalar da, mübahisə nəticədə məhkəməyə qədər gedib çıxıb. Dizayner 2019-cu ildə müğənninin Avstraliyada satılan tur məhsullarının onun ticarət nişanını pozduğunu iddia edərək iddia qaldırıb.
İş müxtəlif məhkəmə instansiyalarında baxıldıqdan sonra yekun qərarı High Court of Australia verib. Məhkəmə dizaynerin geyim markası üçün “Katie Perry” adından istifadə etməsinin istehlakçıları çaşdırmadığını və ticarət nişanının ləğv olunması üçün əsas olmadığını bildirib.
Qərardan sonra dizayner bildirib ki, uzun illər davam edən hüquqi mübarizə onun üçün çətin olsa da, kiçik bizneslərin də hüquqlarının qorunmalı olduğunu göstərmək baxımından vacib idi.
Hazırda Katie Taylor yenidən fəaliyyətini davam etdirərək geyimlərini əsasən Sidney bazarlarında satdığını bildirib.
Mənbə: CNN
