21 C
Baku
15 Mart 2025, 13:04
Baş xəbərDünya

Avstraliyada köpəkbalığı dəhşəti: 17 yaşlı qız ölür

Avstraliyanın Kvinslend əyalətində son 3 ayda üçüncü köpək balığı dəhşəti baş verib.

Okean çimərliyində çimərkən köpək balığının hücumuna məruz qalan 17 yaşlı qız bədəninin üst hissəsindən aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Avstraliya Yayım Korporasiyası ABC-nin məlumatına görə, Brisbane şəhərinin şimalında yerləşən Bribi adasındakı okean sahilində üzən gənc qız köpək balığının hücumuna məruz qalıb.

Səlahiyyətlilər, adanın cənub-şərqindəki Woorim çimərliyində üzən gənc qızın bədəninin yuxarı hissəsindən xəsarət aldığı hücumda öldüyünü təsdiqləyib.

Hücum xəbərindən sonra bölgəyə təcili tibbi yardım qruplarının getdiyini ifadə edən səlahiyyətlilər, Woorim çimərliyinin növbəti xəbərdarlığa qədər bağlandığını açıqladı.

Hadisə şahidlərindən biri olan Kristofer Potter yayımçıya ərazidə çoxlu köpək balığının olduğunu, lakin hadisənin sahilə bu qədər yaxın olmasının “şok edici” olduğunu deyib. Xəbərdə hücuma məruz qalan gənc qızla bağlı başqa təfərrüatlar paylaşılmayıb.

Məlumdur ki, bu hücum Avstraliyanın Kvinslend əyalətində son 3 ayda 3-cü köpək balığı hücumudur.

Woorim Beach üzgüçülük, sörfinq və balıq ovu üçün məşhur ərazi kimi ifadə edilir.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Qarnı əridən təbii müalicəni necə hazırlamaq olar?

Bugün TV

Hikmət Hacıyev: Dezinformasiya Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib 

Aynur Camal

“Zenit”in hücumçusu “Marsel”in diqqət mərkəzindədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu