Baş xəbərDünya

Avstraliyada “LP.8.1” xəbərdarlığı

Covid-19 virusunun yeni “LP.8.1” variantının Avstraliyada tədricən yayıldığı bildirilir. Yerli media yeni variantın dövriyyədə olan digər variantlardan “daha ciddi görünmədiyini” bildirib.

SBS News-un məlumatına görə, ilk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən Covid-19-un yeni “LP.8.1” variantı sürətlə yayılır.

Müvafiq olaraq, “LP.8.1” ölkənin Yeni Cənubi Uels (NSW) əyalətində Covid-19 halları arasında üçüncü ən dominant variant oldu.

Qeyd edilib ki, “LP.8.1” simptomları digər dövriyyədə olan variantlarla müqayisədə “daha şiddətli görünmür”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında “LP.8.1” variantını qlobal yayılması səbəbindən “monitorinq altında” qoyduğunu elan edib.

Bu il Avstraliyada 45,000-ə yaxın yeni Covid-19 hadisəsi qeydə alınıb, 260-a yaxın insan virusa görə xəstəxanada müalicə olunur.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu