Avstraliyanın Viktoriya ştatında davam edən meşə yanğınlarını söndürmək mümkün deyil. Avstraliya Viktoriya ştatının müxtəlif nöqtələrində meşə yanğınları ilə mübarizə aparır.
Ştat rəsmiləri Viktoriyanın şərqindəki Qrampians Milli Parkında baş verən yanğında 74 min hektar ərazinin yanaraq külə döndüyünü bildirib.
Yanğın zamanı tələfat qeydə alınmasa da, çoxlu heyvan tələf olub. Təxminən 600 yanğınsöndürənlə söndürmə işlərinin davam etdiyi bildirilib.
Mənbə: İlkha