27 C
Baku
21 İyul 2025, 6:35
Baş xəbərHadisə

Avstraliyada polis sürücünün avtomobilini belə sındırdı – FOTO

Bugun.tv xəbər verir ki, Avstraliyada cəmi 1 illik vəsiqəsi olan 20 yaşlı sürücü əvvəlcə saatda 253 kilometr sürətlə hərəkət edən zaman həbs edilib.

Təxminən 7 ay əvvəl Cənubi Avstraliyada 20 yaşlı Tarelle Pauer-Williams sürət həddi saatda 110 kilometr olan ərazidə 253 kilometr sürətlə sürərək sürət həddini keçib.

Gənc sürücü bir sıra qanun pozuntularına, o cümlədən polisin təqibindən yayınma, avtomobili qanunsuz idarə etmə və girov müqabilini pozduğuna görə həbs edilib.

Trafikə qadağa qoyulan Pauer-Williams, həmçinin Avstraliyanın “Hoon Sürücülük Qanunları”na uyğun olaraq sürücülük davranışını təhdid etməkdə təqsirləndirilib.

Səlahiyyətlilər, əvvəlcə sürücünün avtomobilini əzib, sonra ibrət dərsi olsun deyə, ictimaiyyətlə paylaşıblar.

 

Teymur Əziz

Oxşar xəbərlər

Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə xalqı təbrik edib

Elnarə Dərziyeva

Uzaqgörən siyasətin nəticəsi – FOTO

Aynur Camal

Evdə yanğın oldu: 5 nəfər xəstəxanaya yerləşdirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu