DünyaHadisə

Avstraliyada yanğınlar nəticəsində 100 min hektar əraziyə ziyan dəydi

Avstraliyanın Şimal ərazisindəki Alis Sprinqs şəhərinin qərbinə yayılan yanğınlarda təxminən 100 min hektar ərazi zərər görüb.

Bugun.tv xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Şəhərin qərbində təsirli olan 5 yanğında Tjoritja  Milli Parkının təxminən 20 faizi yanıb.

Qeyd edək ki, Qərbi MacDonnell dağ silsiləsi biomüxtəliflik və turizm baxımından çox mühüm hesab olunur.

Bildirilir ki, Narveytooma, Qlen Helen və Amburlada iri mal-qara təsərrüfatları alovla mübarizə aparır.

Şimal Ərazisi Yanğın və Xilasetmə Xidməti açıqlamasında bildirib ki, yanğınlar aprelin sonuna kimi davam edə bilər.

Xatırladaq ki, 2011-ci ildə Mərkəzi Avstraliyada baş verən yanğınlar nəticəsində 400 hektardan çox səhra ərazisi zərər görüb.

Bugün TV

Oxşar xəbərlər

Ağ Ev: Yaxın saatlarda İran səmasında tam nəzarət əldə ediləcək

Aynur Camal

ABŞ müdafiə naziri: İranda ibtidai məktəbə hücum araşdırılır

Aynur Camal

“Sadiq Vəd 4” əməliyyatının 18-ci dalğasına start verildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu