Bugun.tv xəbər verir ki, hadisə Moskvada baş verib. 5 nəfəri vuran “Niva”nın sürücüsü Aleksey Konov avtomobilinin qardan sonra sürüşməsi ilə izah edib. Həmin şəxs Shot Telegram kanalına qəzanın səbəbi ilə bağlı öz versiyasını deyib.
Bütün zərərçəkənlər tibbi yardım maşını ilə aparılıb. Sürücü qəzadan çox narahat olduğunu bildirib.
Hadisə yerindən foto da ortaya çıxıb. Şəkil Konovun avtomobilini göstərir. Maşın praktiki olaraq zədələnməyib. Faralarından biri sınıb.
Mənbə: lenta.ru
Müxbir: Qaytən Qasımzadə
