36 C
Baku
20 İyul 2025, 14:59
Baş xəbərHadisə

Avtobus traktora çırpılıb: 8 nəfər yaralandı

Bugun.tv xəbər verir ki, Konyanın Kadınhanı rayonunda sərnişin avtobusunun traktora çırpılması nəticəsində 8 nəfər xəsarət alıb. Konya-Afyonkarahisar avtomobil yolunun Kadinhanı rayonu yaxınlığında Zeynettin Karakoyun idarə etdiyi sərnişin avtobusu qarşısında hərəkətdə olan Lütfü Sarının idarə etdiyi dövlət nömrə nişanı olmayan traktora çırpılıb.

TRT Haber-in məlumatına görə, Sürücüsü sükanı itirən avtobus yolun kənarındakı sahəyə daxil olub və traktor aşıb. Qəzada avtobusda olan sürücülər Mahmut Ayaz, Mahmut Əl Mişta, Yusuf Yavuz və traktorda olan Cemile Sarı, Lütfü Emre Sarı və Aysel Sarı yaralanıb. Xəbər üzərinə qəza yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edildi. Sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra yaralılar yaxınlıqdakı xəstəxanalara aparılaraq müalicə altına alınıb.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Aynur Camal

Oxşar xəbərlər

Sanksiyaların 10-cu paketinin təfərrüatları məlum olub

Aynur Camal

Bölgəmizdə zəlzələ qeydə alındı

Aynur Camal

ABŞ-da evin damına düşən cismlə bağlı NASA-dan açıqlama

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu