Baş xəbərDünya

Avtobus uçuruma düşdü: Dəhşətli qəzada onlarla ölü

Boliviyada avtobusun uçuruma düşməsi nəticəsində 31 nəfər ölüb. Dəhşətli qəzada 15 nəfərin yaralandığı, hadisə yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadalarının göndərildiyi bildirilib. Cənubi Amerikanın Boliviya ölkəsində sərnişin avtobusunun 800 metrlik uçuruma düşməsi nəticəsində 31 nəfər ölüb, 15 nəfər yaralanıb.

Polis rəsmilərinin verdiyi açıqlamada, Petosi şəhərindən yola çıxan avtobusun Yocalla qəsəbəsində 800 metrlik uçuruma düşdüyü bildirilib.

Açıqlamada qəzada 31 nəfərin öldüyü, bəzilərinin ağır olmaqla 15 nəfərin yaralandığı bildirilib.

Qəza yerinə çoxlu təcili yardım və yanğınsöndürmə briqadaları göndərilib.

Axtarış-xilasetmə işləri çətin relyefə malik olduğu üçün çətindir.

Qəzaya aydınlıq gətirmək üçün genişmiqyaslı araşdırmalara başlanıldığı bildirilib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İki yüngül ticari avtomobil toqquşdu: 6 nəfər yaralandı

Bugün TV

BUDO xəttində uçuşların ləğvi

İntizar Əmirova

Tovuzda şəhidlərə qarşı 3 illik biabırçılıq – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu