Bugun.tv xəbər verir ki, Vanda avtobusun xəndəyə aşması nəticəsində 5 qeyri-qanuni mühacir həyatını itirib, 7 polis əməkdaşı, 2 sürücü və 21 qeyri-qanuni immiqrant yaralanıb.
TRT Haberin məlumatına görə, açıqlamada qəzadan sonra bölgəyə təcili yardım, UMKE, AFAD, polis, jandarma və yanğınsöndürmə idarəsinin əməkdaşlarının sövq edildiyi bildirilib və bunlar qeyd edilib: “Qəza nəticəsində ilkin təsbitlərə görə, 7 polis əməkdaşımız, 2 sürücü və 26 qeyri-qanuni mühacir yaralanıb. Yaralılar ətraf xəstəxanalarımıza çatdırılıb və edilən bütün müdaxilələrə baxmayaraq, 5 qeyri-qanuni mühaciri xilas etmək mümkün olmayıb. həyatını itirib. Yaralıların xəstəxanada müalicəsi davam etdirilir. Faktla bağlı Valiliyimiz tərəfindən inzibati istintaq açılıb və məhkəmə istintaqına başlanılıb. “İstintaq davam edir. Həyatını itirənlərə rəhmət, tezliklə şəfa diləyirik”.
Müxbir: Şəms Elnurqızı
