18 C
Baku
16 Oktyabr 2025, 9:49
Baş xəbərHadisə

Avtobusla pul dolu nəqliyyat vasitəsi toqquşdu: 4 yaralı var

Bugun.tv xəbər verir ki, Samsunda içərisində 33 kisə əskinas olan pul daşıyan vasitə sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Ümumi səhhətinin yaxşı olduğu bildirilən yaralı hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə OMÜ Tibb Fakültəsi Xəstəxanasına aparılıb. Qəza yerinə gələn şirkət rəsmiləri qəza nəqliyyat vasitəsində olan əskinas torbalarını sayaraq kisəyə qoyublar. 33 torbada olan pul başqa pul daşıyan avtomobilə qoyularaq lazım olan yerə aparılıb.Qəzadan sonra tək zolaqlı hərəkətə bağlanan yol, nəqliyyat vasitələri çəkildikdən sonra hər iki tərəfdən fəaliyyətini davam etdirib.

TRT Haberin məlumatına görə, qəza ilə bağlı araşdırmalara başlanılıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Kəngərli rayonu ərazisində hərbi sursat tapılıb

Aynur Camal

Ukraynanın Donetsk vilayətində gərgin toqquşmalar davam edir

Aynur Camal

Elon Musk, süni intellekt şirkəti xAI-nin sabah ilk texnologiyasını təqdim edəcəyini açıqladı

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu