Bugun.tv xəbər verir ki, İstanbul Ataşehir TEM şosesində idarəetmədən çıxan avtomobil cipə arxadan dəyib. Qəza nəticəsində biri ağır olmaqla 2 nəfər xəsarət alıb. Vəziyyəti bildirdikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Sağlamlıq qruplarının ilk yardımından sonra yaralılar təcili yardımla xəstəxanaya aparılıb. Qəza ilə əlaqədar təhlükəsizlik tədbirləri alan polis qrupları nəqliyyatın hərəkətini nəzarətli şəkildə tək zolaqda saxlayıb. Qəzaya qarışan avtomobillər evakuator vasitəsilə hadisə yerindən çıxarıldıqdan sonra TEM şosesində nəqliyyatın hərəkəti normallaşıb.
TRT Haberin məlumatına görə, polis qəza ilə bağlı araşdırma başlatdı.
Müxbir:Şəms Elnurqızı