Bugun.tv xəbər verir ki, İzmirin Ödəmiş rayonunda avtomobillə traktorun toqquşması nəticəsində biri uşaq olmaqla 4 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Onun idarə etdiyi avtomobillə Mustafa B-nin idarə etdiyi traktor Küçükavulcuk rayonu yaxınlığında toqquşub.
TRT Haber-in məlumatına görə, Qəzada sürücülər və traktorda olan Nuray B. və Hilal B. yaralanıb. Ətrafdakı vətəndaşların xəbəri üzərinə qəza yerinə sağlamlıq və jandarma qrupları sövq edildi. Sağlamlıq qrupları tərəfindən Ödəmiş Dövlət Xəstəxanasına aparılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.
Müxbir: İntizar Əmirova