19 C
Baku
8 Sentyabr 2024, 4:11
Baş xəbərDünya

Avtomobil ixracında lider dəyişdi

Bugun.tv xəbər verir ki, Çin ilin ilk üç ayında Yaponiyanı geridə qoyaraq dünyanın ən böyük avtomobil ixracatçısı olduğunu açıqlayıb.

Rəsmi məlumatlara görə, Çin ilin ilk üç ayında 1 milyon 70 min avtomobil ixrac edib. Bu, 2022-ci ilin ilk üç ayı ilə müqayisədə 58% artım deməkdir.

Eyni dövrdə Yaponiya ixrac etdiyi nəqliyyat vasitələrinin sayını yüzdə 6 artımla 954 min 185-ə çatdırıb.

Çinin avtomobil ixracının artması elektriklə işləyən avtomobillərə marağın artması və Rusiyada satışların artmasının nəticəsidir.

Ötən il Çin Almaniyadan dünyanın ikinci ən böyük avtomobil ixracatçısı adını aldı.

Çin Gömrük Baş İdarəsinin məlumatına görə, 2022-ci ildə Çin 3,2 milyon, Almaniya isə 2,6 milyon avtomobil satıb.

Fosil yanacaqlardan uzaqlaşma Çinin avtomobil sənayesinin yüksəlişində mühüm rol oynayıb.

İlin ilk üç ayında elektriklə işləyən avtomobillər də daxil olmaqla yeni enerji daşıyıcıları (NEV) ötən illə müqayisədə 90% artıb.

Teslanın Çin qolu SAIC (MG markasının sahibi) və ABŞ investoru Warren Buffet tərəfindən dəstəklənən BYD, Çinin əsas NEV ixracatçıları arasındadır.

İlon Maskın elektrik avtomobil markasının Şanxayda Yaponiya və Avropaya ixrac etdiyi böyük bir fabriki var.

Hazırda zavod ildə 1,25 milyon avtomobil istehsal edir və şirkət gücünü daha da artırmağı planlaşdırır.

Qərb ölkələrinin Ukraynaya müdaxiləsi ilə bağlı embarqo qoymasından sonra Çinin Rusiyaya avtomobil ixracı da artıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Kahramanmaraşda 4,9 bal gücündə zəlzələ oldu

Nigar Məmmədova

İqor Xovayev Bakıda

Kəmalə Sultan

Ukraynanın Donetsk vilayətində gərgin toqquşmalar davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu