5 C
Baku
28 Fevral 2026, 16:32
Baş xəbərDünya

Avtomobil məktəb qarşısında izdihamın üzərinə sürdü

Çinin Hunan əyalətində ibtidai məktəbin qarşısında avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində yaralananların olduğu bildirilib. Çinin Hunan əyalətinin Çanqde şəhərində avtomobil ibtidai məktəbin qarşısında camaatın üstünə çırpılıb.

Yerli mənbələr qəza nəticəsində xəsarət alanların olduğunu bildirsə də, avtomobilin sürücüsü ətrafdakı insanlar və mühafizəçilər tərəfindən zərərsizləşdirilib.

O, MAŞININI ibtidai məktəbin qarşısındakı izdihamın arasına batırıb.

Hadisə yerinə toplaşan bir neçə nəfər qəzəblə maşına hücum edib. Sürücü hadisə yerinə gələn polis tərəfindən saxlanılıb.

Yaralıların təcili yardımla xəstəxanaya aparıldığı öyrənilərkən, hadisədə can itkisinin olub olmadığı məlum deyil.

Çində baş verən son hadisə ilə bir həftə ərzində üçüncü dəfə oxşar hücum baş verib.

Şənbə günü ölkənin şərqindəki Jiangsu əyalətində peşə kollecində bıçaqlı hücum nəticəsində 8 nəfər ölüb, 17 nəfər yaralanıb.

Noyabrın 12-də Çjuhay şəhərində avtomobilin izdihamın üzərinə çırpılması nəticəsində 35 nəfər ölüb, 43 nəfər yaralanıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu