11 C
Baku
20 Aprel 2025, 8:11
Baş xəbərHadisəKriminal

Avtomobil qaçıran şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisindən “QAZ-31029” avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilib. Axtarış nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Tural Məmmədov və əvvəllər məhkum olunmuş Vasif Niyazlı müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların həmin gecə Yeni Qızılca kəndi ərazisində yerləşən mal-qara bazarından qoyun oğurlamaları da müəyyən olunub. Araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

56 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş film təqdim edilib

Aynur Camal

Dəhşətli yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu