24 C
Baku
13 Sentyabr 2025, 16:36
Baş xəbərHadisə

Avtomobil qəzasında 12 yaşlı oğlan dünyasını dəyişdi

Bugun.tv xəbər verir ki, Lənkaranda güclü yol qəzası baş verib.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes” markalı, 10-TM-103 dövlət qeydiyyat nişanlı avtomobil 12 yaşlı məktəbli – Nəzərzadə Süleyman Məhəmməd oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Şahidlərin bildirdiyinə görə yeniyetmə mikroavtobusdan düşüb və yolu keçmək istəyib. Bu zaman işıqforun qırmızı işığında dayanmadan, yüksək sürətlə keçən “Mercedes” onu vurub.

Faktla bağlı araşdırma aparılır.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Baryerə çırpılan mikroavtobusun sürücüsü dünyasını dəyişdi

Teymur Əziz

Aztv-nin əməkdaşları Fransada hücuma məruz qaldılar-FOTO

Nigar Məmmədova

Marsda bir il nə qədərdir?

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu