36 C
Baku
20 İyul 2025, 16:31
Baş xəbərDünya

Avtomobil sürücü ilə birlikdə evin damında ilişib qaldı

Bugun.tv xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının sakinləri maraqlı qəzanın şahidi olublar. Qəsdən suötürücü boruya vurduğu ehtimal edilən avtomobilin sürücüsü maşını ilə birlikdə evin damında ilişib qalıb.

ABŞ-ın Pensilvaniya ştatında avtomobil yolda suötürücü boruya çırpıldıqdan sonra havaya qalxaraq iki mərtəbəli evin damından aşıb.

Bir neçə dəqiqə ərzində hadisə yerinə çatan qruplar avtomobilin evin damında ilişib qalması və sürücünün avtomobildən çıxa bildiyini görüblər.

Yanğınsöndürənlər 3 saata yaxın mübarizə apararaq avtomobili damdan çıxarıb. Avtomobilin sürücüsü xəstəxanaya yerləşdirilib.

Diqqət çəkən bir detal isə polisin sürücünün qəsdən suötürücü boruya çırpılması və avtomobilinin dama uçmasına səbəb ola biləcəyi ehtimalını nəzərdən keçirməsi olub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

ABŞ Əhmədinejada və İranın Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edəcək

Bugün TV

Nəticəylə razılaşmayanlar daha ölümcül virus hazırlayır – Pandemiya “yaradıcıları” İFŞA OLUNDU

Aynur Camal

Aparıcı erkən nikahla bağlı sərt tənqid etdi – VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu