28 C
Baku
20 İyul 2025, 23:32
Baş xəbərKriminal

Avtomobil yollarında hərəkət qaydalarını pozan şəxs həbs olundu

Daxili İşlər Nazirliyi məlumat yaydı

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki avtomobil yollarında hərəkətinşəhər ərazisindəki avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib.

Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı şəhər sakini Rəşad Zeynalov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə konstruksiya dəyişikliyi etdiyi üçün ona “saxla” işarəsi verilib. Yoxlama zamanı R.Zeynalovun sürücülük hüququnun olmadığı da müəyyən edilib. Ona törətdiyi qayda pozntuları izah olunsa də, ancaq sürücü polis əməkdaşının qanuni tələbinə məhəl qoymayıb. Həmin şəxs polis şöbəsinə dəvət edilib və sürücülük hüququ olmadan nəqliyyat vasitəsi idarə etdiyinə, eləcə də avtomobildə əlavə konstruksiya dəyişikliyinə yol verdiyi üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub. Polis əməkdaşının qanuni tələbinə məhəl qoymadığı üçün isə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə R.Zeynalov barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

Aynur Camal

Oxşar xəbərlər

İsrailin hücumlarına gülən uşaqların ovuclarına ibadət etmək üçün adlar yazıldı

Bugün TV

Putin İranla tərəfdaşlıq sazişini təsdiqlədi

Aynur Camal

Pis hava şəraiti səbəbindən çölə çıxmamaq barədə xəbərdarlıq edilib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu