19 C
Baku
8 Sentyabr 2024, 3:29
Hadisə

Avtomobildən 16 kilo ağırlığında zəhərli ilan tapıldı

Bugun.tv xəbər verir ki, dünyanın ən zəhərli ilan növlərindən biri kimi tanınan, çəkisi 16 kiloqram olan “kral kobra”sı Tailandda bir ​avtomobildən tapılıb.

Çantaburi əyalətində bir kənddə itin qarajın ətrafında israrla hürdüyünü görüb. Sonra park etdiyi avtomobilinin kapotunu açan qadın nəhəng ilanla qarşılaşıb. Səlahiyyətlilərə məlumat verildikdən sonra ekspert qrupları evə gəlib.

Başlıqdan çıxarılan ilanın 4 metr 25 santimetr uzunluğunda olduğu müəyyən edilib. Komanda əməliyyatın sonunda kral kobra ilə xatirə pozası da verib.

Həddindən artıq istidən ətrafdakı tarlalardan qaçaraq avtomobilin mühərrik hissəsində gizləndiyi güman edilən ilan Tayland Vəhşi Təbiəti Mühafizə Mərkəzi tərəfindən mühafizə altına alınıb.

İntizar Əmirova

Oxşar xəbərlər

Avtomobili ilə insanları əzdi: ölən və yaralananlar var – FOTO

Teymur Əziz

Son bir həftədə 42 terrorçu zərərsizləşdirilib

Bugün TV

Ölkədə bağlı cinayətlərin üstü açıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu