Bugun.tv xəbər verir ki, Metropolitendə Polis İdarəsi əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Əməliyyat nəticəsində Səbail rayonu ərazisində “Nissan” markalı bir avtomobildən 1800 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Renat Şahbazov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
