18 C
Baku
15 Noyabr 2025, 17:27
DünyaSiyasət

Avtomobildə ukrayna mahnılarına qulaq asmağa icazə varmı?

Ruslar avtomobildə, o cümlədən açıq pəncərə ilə Ukrayna mahnılarına və Ukraynadan gələn ifaçılara qulaq asdıqlarına görə cəzalandırılmayacaqlar. Bu barədə “Gazeta.Ru”ya “Seçim Azadlığı” avtomobil hərəkatının hüquqşünası Sergey Radko məlumat verib.

“Bizim buna görə cəzamız yoxdur. Ukrayna terrorçu dövlət kimi tanınmır. Biz onunla rəsmi müharibə vəziyyətində deyilik”, – vəkil bildirib.

Vəkilin sözlərinə görə, avtomobildə rəsmi şəkildə Ukrayna mahnılarına qulaq asmaq Rusiya qanunlarının pozulması deyil.

Bundan əvvəl avtomobil hüquqşünası Lev Voropayev bildirmişdi ki, avtomobil idarə edərkən hüquq-mühafizə orqanının əməkdaşına orta barmağını göstərən və ya nalayiq ifadələr işlədən sürücünü cərimə və ya həbs gözləyir.

Mütəxəssis qeyd edib ki, orta barmağın kameraya göstərilməsi nalayiq hərəkət kimi qiymətləndiriləcək, lakin sürücü hakimiyyəti təhqir etmək istədiyini təsdiqləsə, onun hərəkəti xırda avtoxuliqanlıq hesab olunacaq.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Görün alüminium folqa niyə bir tərəfi tutqun, digər tərəfi parlaq olur…

Aynur Camal

İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 3 min 500-ə yüksəldi

Bugün TV

Fransanın küçələri qarışdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu