17 C
Baku
10 İyun 2025, 5:34
Baş xəbərDünya

Avtomobildə unudulan 6 aylıq körpə öldü

Arizona ştatında həddindən artıq istilərə baxmayaraq 7 saat maşında qalan 6 aylıq körpənin ölümü ilə bağlı araşdırma başladılıb.

ABŞ-ın Arizona ştatında yaşayan ana işdən məzuniyyət ala bilmədiyi üçün qonşusundan 6 aylıq körpəsini Preskott Vadisinə aparmasını istəyib.

Ana atasının uşağı götürəcəyini deyib evdən çıxıb.

Körpə ilə Preskott Vadisinə gedən qonşu körpəyə qarşı səhlənkarlıq edib.

UŞAĞI MASHINDA QOYDU

Qonşu saat 14:00 radələrində evə gəlib, maşını qızmar günəşin altında saxlayıb və körpəni maşında qoyaraq evə daxil olub.

Saat 20.45 radələrində evə qayıdan ata qonşunun körpəni gətirməməsindən sonra həyat yoldaşına zəng edərək qonşunun nə vaxt gələcəyini soruşub.

Hələ işdə olan ana dərhal qonşusuna zəng edərək körpəni soruşub, qonşu isə körpəni maşında unutduğunu iddia edərək panikaya düşüb.

Onlar telefonu bağladıqdan sonra qonşu atanın yanına gedib vəziyyəti izah edib. Ata evdən çıxıb və körpənin meyitini maşından çıxarıb.

Qonşu Təcili Xidmətə zəng edərkən, ata uşağını diriltmək üçün ürəyinə masaj etmək istəsə də, buna nail ola bilməyib.

Hadisə yerinə gələn qruplar körpənin 7 saat günəşin altında dayanan vasitədə istidən təsirlənməsi nəticəsində öldüyünü təyin etdi.

ARAŞDIRMA DAVAM EDİR

Polis hadisə ilə bağlı açıqlamasında ana, ata və qonşunun saxlanıldığını və istintaqın davam etdiyini bildirib.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Fikirləri real vaxtda danışıq sözlərinə çevirə bilən cihaz hazırlandı

Aynur Camal

Mənzillərdən oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

İtkin düşmüş alpinist 22 ildən sonra tapıldı

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu