28 C
Baku
11 Sentyabr 2025, 16:37
Baş xəbərHadisə

Avtomobili ilə polisi vuran şübhəli həbs edildi

Bugun.tv xəbər verir ki, Trabzonda “saxla” xəbərdarlığına tabe olmayaraq maşını ilə vurduğu polisə xəsarət yetirən şübhəli həbs edilib. Ortahisar rayonunda polis məmuru E.K-nı avtomobillə vuraraq yaralayan şübhəli S.Ç., polis bölməsindəki əməliyyatlarından sonra ədliyyəyə sövq edilib.

TRT Haber-in məlumatına görə, Şübhəli prokurorluqda dindirildikdən sonra hakimlik tərəfindən həbs edilib. Dünən 61 AED 072 nömrə nişanlı avtomobilin sürücüsü S.Ç., Qara dəniz Sahil yolunun 100. Yıl Balıqçı Sığınacağı yerində motosikletli polis qruplarının “saxla” xəbərdarlığına tabe olmayıb. S.Ç., avtomobili ilə əvvəlcə motosikletdən düşən polis əməkdaşı E.K.-nı vurub, daha sonra ərazidə 61 AES 550 dövlət nömrə nişanlı avtomobili vurub. Hadisədən sonra qaçan şübhəli polis qrupları tərəfindən yaxalanıb.

Ayağından yaralanan polis məmuru Qaradəniz Texniki Universiteti Farabi Xəstəxanasında müalicə olunub.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

BƏƏ İsraildən gələn təyyarə sərnişinlərinin ölkəyə daxil olmasına icazə vermir

Bugün TV

Prezident Müstəqillik Günü münasibətilə təbrik etdi

Aynur Camal

Çimərlikdə və istirahət zonalarında polis gücləndirilmiş iş rejiminə keçdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu