16 C
Baku
17 Sentyabr 2025, 22:01
DünyaHadisə

Avtomobilin benzin çənindən sərvət tapıldı

Bugun.tv xəbər verir ki, Bolqarıstanın Ədirnə Kapıkule sərhəd qapısı ilə üzbəüz yerləşən Kapitan Andreevo gömrük keçid məntəqəsinin əməkdaşları ölkədən çıxan avtomobillərə 3 dəfə baxış keçirərkən 522 min 710 avro pul aşkar ediblər.

Bu məbləğ Bolqarıstandan Türkiyəyə təkbaşına səfər edən ikili Bolqarıstan və Türkiyə vətəndaşlığı olan şəxsin idarə etdiyi avtomobildə tapılıb.

Belə ki, fiziki yoxlama zamanı baqaj hissəsindəki avtoqaz balonunun avro bağlamalarının gizləndiyi yer kimi uyğunlaşdırıldığı müəyyən edilib.

Müsadirə edilən pullarla bağlı Haskovo Vilayət Prokurorluğunun – Svilenqrad Vilayət Prokurorluğunun nəzarəti altında istintaq-əməliyyat gömrük müfəttişləri tərəfindən əməliyyat başlanılıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Avstraliyada təyyarə qəzası: Pilot öldü

Aynur Camal

Türkiyə hava məkanını bu şəhərə bağladı

Kəmalə Sultan

Peskovdan sərt açıqlama!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu