22 C
Baku
27 İyul 2025, 8:04
Baş xəbərİqtisadiyyat

Avtomobillərin qiymətləri ucuzlaşacaqmı?

Bugun.tv xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sonuncu iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişiklik müzakirə edilərək plenar iclasa tövsiyyə olunub.

Yeni dəyişikliyə əsasən, 2023-cü il may ayının 1-dən etibarən Azərbaycanda istehsal olunan avtomobillərin satışı 10 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olunub.

Bu barədə deputat Vüqar Bayramov facebook səhifəsində açıqlama verərək bildirib ki, dəyişiklik təsdiq olunduqdan sonra yerli istehsal olunan avtomobillərin satışı zamanı 18.0 faizlik vergi ödənilməyəcək.

Bu həmin avtomobillərin xərcinin azalmasına imkan verəcək. İqtisadi baxımdan xərcin azalması yerli avtomobillərin qiymətinə də təsirsiz ötüşməməlidir.

Dəyişiklikdə əsas məqsəd yerli avtomobil istehsalının satışını təşviq etməkdir. Eyni zamanda, Vergi Məcəlləsinə ediləcək bu dəyişiklik idxal olunan avtomobillərlə müqayisədə yerli avtomobillərin rəqabət imkanlarını gücləndirəcək. Hazırda “Xəzər” avtomobil zavodu yerli avtomobillərin istehsalını genişləndirməyə çalışır. Həmçinin, Özbəkistanla yeni model avtomobillərin istehsalı ilə bağlı müzakirələr gedir.

Bu isə ondan xəbər verir ki, ƏDV-dən azad olma həm də yerli istehsalın genişləndirilməsi üçün imkanlar yaradacaq.

Aynur Camal

Oxşar xəbərlər

Nazirlər Kabineti bu qaydalara dəyişiklik etdi

Elnarə Dərziyeva

WhatsApp-dan yeni funksiya! Nömrələri saxlamağa ehtiyac yoxdur

Teymur Əziz

Krımda hərbi bazada yanğın baş verib: 2 min insan təxliyyə olunacaq

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu