Baş xəbərHadisə

Avtoqəzada 1 nəfər öldü

Dünən gecə saatlarında İsmayıllı rayonunun Ruşan kəndi ərazisində hərəkətdə olan “VAZ-21063” markalı avtomobilin sürücüsü Varis Ağayevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı ağaca çırpılıb, daha sonra isə çökəkliyə düşüb.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Nəticədə avtomobildə olan sərnişin, 36 yaşlı  rayon sakini Samir Babayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər sərnişin Tərlan Həsənov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu