Baş xəbərKriminal

Avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edildi

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini İntiqam Qarayev saxlanılıb. Onun idarəsində olan “Mercedes” markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, qərara əsasən inzibati qaydada 20 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu