6 C
Baku
21 Dekabr 2025, 9:12
Baş xəbərKriminal

Avtoxuliqanlıq edən sürücü inzibati həbs olundu – FOTO

Bugun.tv xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Emil Məlikov idarə etdiyi “VAZ-2170” ( Priora) markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.

Bugün TV

Oxşar xəbərlər

“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi Qubada seminar təşkil edib

Elnarə Dərziyeva

Rumıniyada 5,2 bal maqnitudalı zəlzələ olub

Aynur Camal

Aİ vətəndaşlarına 72 saatlıq ləvazimat ehtiyatı toplamağa çağırış

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu