Baş xəbərKriminal

Avtoxuliqanlıq edən sürücü saxlanıldı

Daxili İşlər Nazirliyi məlumat yaydı

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bugun.tv-yə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Afiq Mirzəyev idarə etdiyi “BMW” markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Qeyd edək ki, məhkəmənin qərarı ilə A.Mirzəyev 15 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Aynur Camal

Oxşar xəbərlər

Ortahisar Cittaslow şəbəkəsinə qoşuldu

Aynur Camal

Vüqar Bayramov: Cənub Qaz Dəhlizi Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir

Aynur Camal

İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu