30 C
Baku
9 İyun 2025, 17:30
Baş xəbərHadisə

Avtoxuliqanlıq edən şəxs həbs olunub

Bugun.tv xəbər verir ki, avtoxuliqanlıq edənlərin sayı durmaan artır. Bu dəfə də Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı spirtli içkinin təsiri altında avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini İsmayıl İsmayılovun spirtli içkinin təsiri altında olması müəyyən edilib. Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub. Quba Rayon Məhkəməsinin qərarı ilə İsmayıl İsmayılov inzibati qaydada həbs edilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Moskvada ən isti gecə rekordu yenilənib

Kəmalə Sultan

Böyük bəstəkar Qara Qarayevin anadan olmasının 105-ci ildönümü tamam oldu

Aynur Camal

Oteldə yanğın oldu: 40 nəfər təxliyə edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu