14 C
Baku
22 Noyabr 2024, 7:00
Baş xəbərMaraqlı faktlar

Axşam saat 21:00-dan sonra nə yemək olmaz? – DİYETOLOQ RƏYİ

Bugun.tv xəbər verir ki, diyetoloq Fuad Məcidov axşam saatlarında qidalanma ilə bağlı sosial şəbəkədə məlumat yayıb.

“Meyvə nədir? Meyvə karbohidratdır. Karbohidrat nədir? Karbohidrat şəkərdir. Şəkərin tərkibində isə klikoza, fruktoza, laktoza var. Ona görə də meyvələri günün  birinci yarısı yemək lazımdır. Çünki onların parçalanması, həzm olunması çox çətindir. Buna görə də, axşam saat 9, 10, 11-də meyvə yeməyəcəksiniz”.

Diyetoloqun sözlərinə görə, portağalı qabıqlı yemək daha faydalıdır. Çünki bütün vitaminlər, minerallar, mikroelementlər onun qabığındadır.

O, zeytun yağının faydalarından da danışıb. “Bu yağ mədə-bağırsaq üçün çox faydalıdır. Əgər qəbizlikdən əziyyət çəkirsinizsə, axşamdan bir qaba istənilən meyvə qurusu və zeytun yağını əlavə edib səhərə qədər saxlayın. Səhər oyandıqda həmin meyvə qurusunu yeyin. Qəbizliklərə son deyəcəksiniz, metobolezmanı sürətləndirəçəksiniz və mədə-bağırsağınızda olan sıxıntılar yox olacaq. Yumurtadan isə qorxmayın. Hər gün bir ədəd yeyin. Çünki yumurtanın tərkibində listin var. Lisitin isə insan orqanizmində sintez olunmur. Yalnız onu yumurtadan alırıq. Ancaq onu da axşam saatlarında yemək tövsiyə edilmir. Çünki  çox çətin həzm olunur. Bu isə sizin həzm sistemininizdə sıxıntılar yarada bilər”,- F.Məcidov əlavə edib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Vladimir Putindən Ukrayna mesajı: İstanbulda razılaşmalar fundamental olmalıdır

Aynur Camal

ChatGPT artıq kompüterlərdən də danışa biləcək

Aynur Camal

Mərkəzli narkotik əməliyyatları: 19 nəzarətə alındı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu