19 C
Baku
8 Sentyabr 2024, 3:34
Baş xəbərKriminal

Axtarışda olan qız ailəsinə təhvil verildi – YENİLƏNİB

Bugun.tv xəbər veriri ki, Tovuz rayon sakini Ə. Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar DİN yeni məlumat yayıb.

Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə, Ə. Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək.

16:52

DİN-in Mətbuat Xidmətindən Bugun.tv-yə daxil olan məlumata görə, itkin düşən yeniyetmə qız tapılıb. Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata əsasən, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib.

İlkin məlumata görə, Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir.

İtkin düşən şəxs axtarılır

Aynur Camal

Oxşar xəbərlər

Yol qəzası: 9 yaralı var

Aynur Camal

‘sülh’ tətbiqləri: 93 həbs

Aynur Camal

İki mərtəbəli bina çökdü: 4 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu