17 C
Baku
18 Oktyabr 2024, 8:17
DünyaHadisə

Axtarışda olan turistlər İndoneziya sahillərində tapıldı

 

Bugun.tv xəbər verir ki, İndoneziya sahillərində iki gündür itkin düşən 4 avstraliyalı turist sörfinq taxtasında tapılıb.

Belə ki, dörd turist Elliot Foote, Steph Weiss, Jordan Short və Will Tiagle bazar günü İndoneziyanın Sumatra adasından təxminən 150 kilometr aralıda yerləşən Nias adasının yaxınlığında yoxa çıxıblar.

Elliot Foote-nin atası Peter Foote AP xəbər agentliyinə oğlunun 30 yaşını qeyd etmək üçün dostları ilə adaya tətilə getdiyini söyləyib.

Turistlərin mindiyi taxta qayıqda 3 İndoneziya ekipajının olduğu və adadan yola düşən qayığın pis hava şəraiti səbəbindən sürükləndiyi və açıq dənizdə itdiyi bildirilib.

Bunun üzərinə Avstraliya və İndoneziya hakimiyyət orqanları bazar ertəsi birgə axtarış-xilasetmə əməliyyatına başlayıb. İşdə bölgədəki sörfçülərin dostları və balıqçı qayıqları da iştirak edib.

Çərşənbə axşamı komandalar sörf lövhələrində üç avstraliyalı turist tapıblar. Lakin Elliot onların arasında olmayıb.  Axtarış qrupları 5 kilometr uzaqlıqdakı adaya gedərkən suda qalan Elliotu da xilas ediblər.

İki İndoneziya ekipaj üzvü də ekipajlar tərəfindən xilas edilib, üçüncü heyət hələ də axtarılır.

Avstraliyanın xarici işlər naziri Penny Wong da öz “Twitter” hesabında paylaşım edərək İndoneziya hakimiyyətinə təşəkkür edib və sörfçülərin xilas olmasından məmnunluğunu ifadə edib.

Bugün TV

Oxşar xəbərlər

Seneqalda yeni hökumət quruldu

Kəmalə Sultan

Kimyəvi sızma həyəcanı oldu: Səmanı narıncı tüstü bürüdü

Bugün TV

Sabirabad rayonunda ağır avtoqəza hadisəsi baş verdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu