Bugun.tv xəbər verir ki, ABŞ Milli Yer Məkan Kəşfiyyat Agentliyinin direktoru kontr-admiral Frank Whitworth, Ay üçün Yerdəkinə bənzər bir naviqasiya sistemi hazırladıqlarını açıqlayıb.
“Bu, NASA ABŞ Geoloji Tədqiqat Xidməti, ABŞ Kosmik Qüvvələri və Kosmik Komandanlığının gələcək ziyarətçiləri üçün hazırladığı dəqiq və etibarlı GPS sistemi olacaq”.
“Ay İstinad Çərçivəsi” adlanan bu tətbiq naviqasiya imkanlarını dəstəkləyəcək, dəqiq enlik, uzunluq və zaman məlumatlarını təmin edən Yer Geodeziya Sistemi ilə oxşar funksiyanı yerinə yetirəcək.
Whirwoth bildirib ki, bu kommersiya şirkətləri ilə yanaşı, ABŞ və digər ölkələrin Aya səfərlər planlaşdıran və gələcəkdə orada iqtisadiyyat qurmaq arzusunda olanlar üçün çox gərəkli bir tətbiqdir.
Hazırda sistem üzərində işlər aparılır.
Mənbə: TRT Haber
