24 C
Baku
20 İyul 2025, 4:43
Baş xəbər

AYB-dən “Yaşıl dünya naminə həmrəylik ili”nə dəyərli töhfə

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Yazıçılar Birliyi (AYB) təbiət mövzusunda şeirlərdən ibarət “Yaşılım, yaşılım, hara gedirsən” adlı şeirlər toplusu nəşr etdirib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən bildirilib. AYB-nin sədri Xalq yazıçısı Anar kitaba “Dünyanın yaşıllıq həsrəti” başlıqlı “Ön söz” yazıb.

Nəşrin ideya müəllifi AYB sədrinin müavini Rəşad Məcid, tərtibçisi AYB-də multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli, redaktoru Əməkdar mədəniyyət işçisi şair Vaqif Bəhmənlidir. Kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. İctimai Birliyin rəhbəri Arzu Bağırovanın “Köksü gözəl qaya dağlara gün dəyəndə…” sərlövhəli məqaləsi də nəşrdə yer alıb.

Kitabın üz qabığında görkəmli rəssam Səttar Bəhlulzadənin “Mənzərə” əsəri verilib.

“Kitabi-Dədə Qorqud”dan başlamış müasir Azərbaycan şairlərinin yaradıcılığına qədər böyük bir dövrü əhatə edən, təbiətə həsr olunmuş poetik əsərlərdən nümunələr toplanmış nəşrin adı mərhum şair Eldar Baxışın şerindən götürülüb. S.Bəhlulzadənin yaradıcılığı ilə yanaşı, kitabda Toğrul Nərimanbəyov, Mikayıl Abdullayev, Mircavad, Arif Əziz, Zahir Məlikli, Yusif Mirzə kimi fırça ustalarının da əsərləri var.

Təbiətə şair baxışlarının ifadə olunduğu bu şeirlərdə təbiət gözəlliklərinin tərənnümünə geniş yer verilir, yaşıllığın dəyərinə və qorunmasına poetik vurğu salınır. “Yaşılım, yaşılım, hara gedirsən” kitabı bədii zövq qaynağı olmaqdan əlavə, təbiəti və ədəbiyyatı sevən oxucular üçün tematik baxımdan sanballı ədəbi mənbədir.

Aynur Camal

Oxşar xəbərlər

106 330 şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Aynur Camal

Yasamalda oğurluq əməli törədənlər yaxalandı

Teymur Əziz

“Əkiz çek” əməliyyatı oldu: 15 nəfər həbs edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu