Astronom Jayanth Chennamangalamın rəhbərlik etdiyi və Planetary and Space Science jurnalında dərc edilən bir araşdırma, qiymətli metalların növbəti mənbəyinin asteroidlər deyil, birbaşa Ay ola biləcəyini söyləyib.
Araşdırmaya görə, Ayda təxminən 6500 kraterdə platin, palladium və rodium kimi qiymətli metalların olduğu təxmin edilir.
Sənaye və tibbdə kritik əhəmiyyətə malik olmasına baxmayaraq, bu metallar Yer kürəsində nisbətən az miqdarda olur. Mütəxəssislər bildirirlər ki, kosmik mədənçilik Yerin məhdud resurslarına alternativ kimi nəzərdən keçirilə bilər.
Mənbə: HurriYet